“Müəllimlərin etik davranış qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 21.3-cü bəndinin icrası istiqamətində Təhsil Nazirliyi tərəfindən hazırlanmış “Müəllimlərin etik davranış qaydaları”nın tətbiq edilməsi məqsədilə, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
2. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət növündən asılı olmayaraq bütün tipdən və növdən olan təhsil müəssisələrinin rəhbərləri müəllimlərin bu qaydalarla tanış olmasını və qaydalara riayət olunmasını təmin etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin, “Müəllimlərin etik davranış qaydaları”nın “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin İnternet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov) həvalə edilsin.
Əsas: Aparat rəhbəri M.Eynullayevin təqdimatı.  
 
Mikayıl CABBAROV,  
Azərbaycan Respublikasının təhsil naziri  
16 may 2014-cü il  
№600