Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində VIII və IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər keçirilmişdir. Bu tədbirlər, şagirdlərin reproduktiv sağlamlıq və sağlam həyat tərzi sahəsində məlumatlılığını artırmaq məqsədini daşıyır.
Məşğələlərin keçirilməsində əsas məqsəd, şagirdlərə sağlamlıqla bağlı doğru və faydalı biliklər təqdim etmək, onların fiziki və emosional inkişafını dəstəkləməkdir.