23.04.2025

Agentliyin direktoru “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsində iştirak edib

Aprelin 23-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Şirvan-Salyan Regional Təhsil İdarəsinə səfəri çərçivəsində Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışı üzrə regional mərhələsində iştirak edib.

Açılış mərasimində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Eşqi Bağırov olimpiadanın şagirdlərin intellektual potensialının inkişafı baxımından əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb və bu cür təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadasının keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkara çıxarılması, analitik düşünmə və komanda bacarıqlarının inkişafı, regionlararası əməkdaşlığın gücləndirilməsi və yaradıcı yanaşmaların təşviqidir.


Açar sözlər: