Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Bilik Günü ilə bağlı tədbirlər keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edən müəssisə rəhbərləri yeni tədris ilində qarşıya qoyulan hədəflərdən və təhsil sahəsində aparılan islahatlardan söz açıblar.
Bildirilib ki, ümumi təhsil müəssisələrində ilk dərslər “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub.
Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilində 67 049 nəfər şagird təhsil alacaq.