Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev 11 dekabr 2025-ci il tarixində qəbul reqlamentinə uyğun olaraq vətəndaşları qəbul edib.
Vətəndaş qəbulu zamanı işlə təmin olunma ilə bağlı müraciətlər üstünlük təşkil edib. İdarə müdiri qəbulda iştirak edən vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar və geniş məlumatlar verib.