08.12.2025

Hacıqabulda valideyn konfransı keçirilib.

Dekabrın 8-də Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Hacıqabul rayonunda “Təlim nəticələrinin artırılmasında valideynlərin rolu” mövzusunda valideyn konfransı keçirilib.

Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, Hacıqabul rayonu üzrə təhsil sektorunun müdiri Bəxtiyar Ələkbərov, müəllimlər, tərbiyəçi-müəllimlər, psixoloqlar və valideynlər iştirak ediblər.

Konfransda çıxış edən Mahir Zahidov valideyn konfranslarının əsas məqsədinin məktəb və məktəbəqədər təhsil müəssisələri ilə ailə arasında əməkdaşlığı gücləndirməklə uşaqların hərtərəfli inkişafını təmin etmək və təhsil müəssisələri ilə valideynlərin əlaqələrini möhkəmləndirməkdən ibarət olduğunu bildirib. O vurğulayıb ki, bu konfranslar valideynlərin təhil prosesində iştirakının sistemli şəkildə qurulması, bu prosesdə valideynlərinlərin yaxından iştirakı təlim naliyyətlərinin inkişafına xidmət edəcəkdir.

Tədbir zamanı "Təlim naliyyətlərində valideynlərin rolu" mövzusunda aktiv müzakirələr aparılıb, valideynlərin sualları cavablandırılıb, mövzular üzrə praktik tövsiyələr verilib.

Qeyd edək ki, bu istiqamətdə keçirilən valideyn konfranslarının məqsədi valideynlərin uşaqların təhsil, davranış və inkişaf göstəriciləri barədə məlumatlandırılmasına, onların akademik, sosial və emosional inkişafında rolunun gücləndirilməsinə, məktəb və bağça ilə ailə arasında qarşılıqlı etimad və ünsiyyətin möhkəmləndirilməsinə, fərdi xüsusiyyətlərə əsaslanan inkişafyönümlü qərarların qəbuluna və təhsil müəssisələrində sosial-psixoloji mühitin yaxşılaşdırılmasına xidmət edir.

Tədbirin sonunda valideynlər arasında sorğu keçirilib. Sorğunun nəticələri ümumiləşdirilərək müvafiq addımlar atılacaqdır.


Açar sözlər: