Azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının 2018-2019-cu dərs ilinə aid tədris (məşğələ) planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqlarından ibarət məktəbəhazırlıq qruplarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqları üçün təşkil edilən məktəbəhazırlıq qruplarının 2018-2019-cu dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair “Qeydlər” təsdiq edilsin (1 və 2 nömrəli əlavələr).

2. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

3. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.  

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

20 iyul 2018-ci il

F-529


Əlavə:

1. Azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının tədris (məşğələ) planı

2. Tədris (məşğələ) planına dair qeydlər