18.04.2017

Azərbaycan Respublikasının Təhsil İnstitutu UNİCEF Azərbaycan ilə birgə vakant iş yerləri elan edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu UNİCEF Azərbaycan ilə birgə aşağıdakı layihələrin icrasına başlayır və vakant iş yerləri üzrə müsabiqə elan edir.

 

1. Ailələrin maarifləndirilməsi yolu ilə 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi layihəsi

- Layihə koordinatoru

- Mühasib

- Ehtiyacların qiymətləndirilməsi üzrə məsləhətçi

- Monitorinq və qiymətləndirilmə üzrə menecer

2. Məktəbəqədər və ibtidai təhsil pillələri üzrə müəllimlərin ixtisasartırma proqramlarının hazırlanması layihəsi

- Layihə koordinatoru

- Mühasib

- Ehtiyacların qiymətləndirilməsi üzrə məsləhətçi

- Keyfiyyət təminatı üzrə menecer

3. Ümumtəhsil pilləsi üzrə kurikulumun təkmilləşdirilməsi layihəsi

- Layihə koordinatoru

- Mühasib

- Kurikulum üzrə mütəxəssis

4. Məktəb idarəolunması üzrə proqramın hazırlanması və tətbiqi layihəsi

- Layihə koordinatoru

- Mühasib

 

Hər vakant yer üzrə verilən tələblərə uyğun namizədlər öz CV-lərini Azərbaycan dilində nermine.aliyeva@edu.gov.az email ünvanına göndərə bilərlər.