Azərbaycan Respublikası Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə 17.07.2013-cü il tarixli, 739 №-li əmrinin tələblərinə müvafiq olaraq Salyan rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqların I sinfə qəbulu məqsədilə 01 iyul 2016-ci il tarixdən müsahibəyə qeydiyyat başlayacaqdır.