01.06.2016

Salyan rayon Qaraçala qəsəbəsində  " Narkomaniyaya yox deyək ", " Dini radikalizim", " Erkən nigahın fəsadları" mövzusunda tədbir təşkil olunub

01.06.2016 -cı il tarixdə Salyan rayonun Qaraçala qəsəbəsində RPŞ, RİH və RTŞ -nin birgə əməkdaşlığı altında Pambıqkənd, Qarabağlı, Çadırlı, Arxarası kənd və Qaraçala qəsəbə məktəbinin şagirdləri üçün " Narkomaniyaya yox deyək ", " Dini radikalizim", " Erkən nigahın fəsadları" mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə RPŞ-nin rəisi Təhmasib İbrahimov, RİH başçısının müavini Etibar Hüseynov, ATXƏM -in sədri İlham ismayılov və din xadimləri iştirak etmişlər. Toxunulan məsələlərlə əlaqədar şagirdlər tətəfindən verilən suallar tədbir iştirakçıları tərəfindən cavablandırılmışdır. 


Açar sözlər: ,