1 İyun 2016-cı il tarixində Salyan rayon Şəkərli kənd ümumi orta məktəbində "1İyun Uşaqların Beynəlxalq Müdafiə Günü"münasibəti ilə tədbiri keçirilmişdir
Tədbirdə məktəbin direktoru S.Səlimli çıxış etmişdir. O, çıxışına Ulu Öndər Heydər Əliyevin "Uşaqlara qayğı gələcəyimizə qayğıdır" sözləri ilə başlayaraq bildirdi ki, müstəqil Azərbaycan və onun dövlət rəhbəri olan Prezident İlham Əliyev və onun xanımı, ölkənin I xanımı Mehriban Əliyeva uşaqlara hər zaman diqqət və qaygı göstərmiş və dövlət səviyyəsində uşaqların təhsil alması üçün hər cür şərait yaratmışlar.
Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər, səhnəciklər göstərdilər. Tədbirdə həmçinin təqaüdçü müəllim, valideynlər iştirak etmişdirlər.