26 may 2016-cı il tarixində 28 May Respublika Günü ərəfəsində Şəkərli kənd ümumi orta məktəbinin elan etdiyi "Vətənpərvərlik həftəsi"nin yekunu olaraq "Şəhidlərimiz-and yerimiz"adlı tədbir keçirildi.Tədbirdə kəndimizin şəhidlərinin ailə üzvləri,övladları və yaxınları ,Yenikənd kənd Ərazi Nümayəndəliyinin başçısı M.Abasov ,Həsənli kənd Bələdiyyə sədri P.Cəfərov, Yenikənd kənd Bələdiyyəsinin sədri M.Xankişiyev,Yenikənd kənd tam orta məktəbinin direktoru A.Əzizov ,müəllim ,şagird kollektivi iştirak etmişlər.