26.05.2016

Yeni məktəb binasının tikintisi  tamamlanmaq üzrədir.

       Salyan rayon Seydan kənd ümumi orta məktəb 1993-cü ildə yaranmış və ümumiləşdirilmiş binada yerləşirdi. şagird tutumu 120 nəfərlikdir. hal hazırda məktəbdə 147 nəfər şagird təhsil alır, 16 nəfər müəllim şagirdlərin təlim tərbiyəsi ilə məşğul olur.

       2014/2015-ci tədris ilində təbii fəlakət nəticəsində qar yağıntısının normadan artıq yağması ilə əlaqədar olaraq məktəbin binası çökmüş yararsız vəziyyətə düşmüşdür.

Buna Təhsil Nazirliyi etinasız yanaşmamış 28.12.2015-ci il tarixdə 132 şagird yerlik yeni həmin məktəb binasının tikintisinə başlanmışdır. Hal-hazırda binanın daxilində döşəmə vurma işləri aparılır, kafel metlak yapışdırılır. Hər iki mərtəbədə suvaq işləri davam edir.


Açar sözlər: