26.05.2016

Şəhidin anım günü tədbiri təşkil olunub

 25.05.2016 - ci il tarixdə Salyan şəhər 5 saylı ümumi orta məktəbdə Qarabağ döyüşlərində şəhid olmuş Taleh Davudzadənin xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir.

   Tədbirdən öncə rayonun şəhidlər xiyabanında T.Davudzadənin abidəsi önünə gül-cicək dəstələri qoyulmuşdur.

   Tədbirdə şəhidin anası və bacısı iştirak etmiş, Taleh Davudzadə haqqında xatirələrini şagirdlərlə bölüşmüşlər.

   Tədbiri giriş sözüylə məktəbin direktoru Məleykə Məlikova açaraq tədbir iştirakçılarını salamlamış, şəhidin ailə üzvlərinə tədbirədə iştirak etdikləri üçün məktəbin şagird və pedaqoji  heyət adından təşəkkürünü bildirmiş və Talehin necə cəsur, qəhrəman, vətənpərvər bir igid olduğunu şagirdlərə çatdirmişdir. 

   Sonda şagirdlərin ifasında  "Şəhidlər unudulmur" adı altında kompozisum  dinlənilmişdir.


Açar sözlər: