16.11.2024

Eksternat imtahanları üçün  sənəd qəbuluna start verilir.

Ümumi təhsil müəssisələrində təhsil alıb, ümumi orta və tam orta təhsil səviyyəsini tamamlaya bilməyən şəxslər üçün eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədi almaq məqsədilə sənəd qəbulu başlanır.

Sənəd qəbulu tarixləri:

Başlanğıc: 16 noyabr 2024-cü il
Son tarix: 10 dekabr 2024-cü il
İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri rayon üzrə Təhsil sektorlarına təqdim edə bilərlər:

Tələb olunan sənədlər:
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri adına ərizə (ərizədə faktiki yaşayış ünvanı və əlaqə nömrəsi göstərilməlidir).
Şəxsiyyət vəsiqəsinin notarius tərəfindən təsdiq olunmuş surəti.
3x4 ölçüdə 2 ədəd fotoşəkil.
Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma forması ilə müraciət edildiyi halda, ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) notarius tərəfindən təsdiq olunmuş surəti.
Əvvəlki təhsil müəssisəsindən təhsildən yayınma səbəbi və tədris ili göstərilən arayış.
Yaş tələbi: Ümumi orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət edən şəxslər 16 yaşından, tam orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət edən şəxslər isə 18 yaşından aşağı olmamalıdır.
İmtahanın keçirilməsi:
Müraciət edən şəxslər mərkəzləşmiş qaydada keçirilən ümumi orta və ya tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından əvvəl Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan aralıq imtahanlarında iştirak edəcəklər.
Rus dilində təhsil alan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verəcəklər.

Əlavə suallarınız üçün Şirvan-Salyan Regional Təhsil İdarəsinin Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz:

Çağrı Mərkəzi: 146-0-9
Telefon nömrəsi: (+994) 10 5250925
Hər kəsə uğurlar arzulayırıq!