15.11.2024

Qida bloklarının sanitar-gigiyenik vəziyyətinin yaxşılaşdırılması üzrə maarifləndirici görüşlər keçirilib.

 

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələri və internat evlərində qida bloklarının sanitar-gigiyenik vəziyyətinin yaxşılaşdırılması məqsədilə xüsusi tədbirlər həyata keçirilmişdir. Bu çərçivədə, müəssisələrin işçi heyəti ilə onlayn formatda maarifləndirici görüşlər təşkil olunmuş, təmizlik və sanitariya qaydaları barədə ətraflı məlumat verilmişdir. Görüşlərin məqsədi, qida bloklarında yüksək sanitar-gigiyenik standartların təmin olunması və bu sahədə işçi heyətinin biliklərinin artırılmasıdır.