Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində sağlam qidalanmanın təbliği məqsədilə maarifləndirici təlimlər və müsabiqələr təşkil olunub. Bu tədbirlər, şagirdlərdə düzgün qidalanma vərdişləri yaratmağa və sağlam həyat tərzini təşviq etməyə yönəlib.