05.11.2024

Ümumi təhsil müəssisələrində sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi məqsədilə kompleks tədbirlər təşkil edilib.     

"Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya"nın "Səhiyyə Sistemi" işçi qrupunun 2024-cü il üçün Tədbirlər Planına uyğun olaraq, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə bufet və yeməkxanaların monitorinqi, fiziki tərbiyə dərslərinin təşkili və dərs cədvəllərinin təhlili üzrə tədbirlər həyata keçirilmişdir.