04.11.2024

8 Noyabr -"Zəfər Günü" nə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib.

Noyabrın 3-də Şirvan-Salyan Regional Təhsil İdarəsinin və Təhsil Oyunları Platformasının birgə təşkilatçılığı ilə Biləsuvar rayonu R.Mikayılov adına Bəydili kənd tam orta məktəbdə 8 Noyabr -"Zəfər Günü" nə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb, daha sonra Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğurunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İntellektual oyunda Şirvan -Salyan, Lənkəran-Astara, Mil-Muğan Regional Təhsil İdarələrini, eləcə də Şirvan şəhəri, Neftçala, Hacıqabul, Biləsuvar və Salyan rayonlarını təmsil edən komandalar qələbə uğrunda mübarizə aparıblar.

Hər biri 15 sualdan ibarət 2 tur üzrə keçirilən gərgin mübarizənin qalibi Hacıqabul rayon təhsil sektorunu təmsil edən "Evrika" komandası olub. Şirvan-Salyan Regional Təhsil İdarəsini təmsil edən "Mübarizlər" komandası 2-ci və Mil-Muğan Regional Təhsil İdarəsini təmsil edən "Mil" komandası 3-cü yeri qazanıblar.

Sonda qaliblər mükafatlandırılıb.


Açar sözlər: