01.11.2024

Ümumi təhsil müəssisələrində təhsilalanların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə müvafiq profilaktik müayinələr keçirilmişdir. 

"Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya"nın "Səhiyyə Sistemi" işçi qrupunun 2024-cü il üçün Tədbirlər Planı"na uyğun olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsilalanların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə müvafiq sorğular aparılmış və profilaktik müayinələr (oftalmoloq, kardioloq, stomatoloq, ortoped və s.) həyata keçirilmişdir. Bu tədbirlər, şagirdlərin sağlamlığını daha yaxından izləmək, mümkün problemləri erkən aşkarlamaq və onların təhsil prosesində sağlamlıqla bağlı yaranan çətinliklərin qarşısını almaq məqsədini güdür.


Açar sözlər: