12.10.2024

Salyan rayonunda maarifləndirici tədbir keçirilib.

Salyan rayonunda Salyan rayon təhsil sektoru, Salyan Rayon İcra Hakimiyyəti, Salyan Rayon Prokurorluğu və Salyan Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə ümumtəhsil məktəblərinin rəhbərləri və valideynlər iştirak ediblər. Tədbir zamanı "Erkən nikah və onun fəsadları" mövzusunda videoçarx nümayiş olunub, qohum nikahı, şagird davranış qaydaları və digər mövzularla bağlı müzakirələr aparılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.


Açar sözlər: ,