Şirvan-Salyan Regional Təhsil İdarəsi mərkəzləşdirilmiş mühasibatlığında vakant olan mühasib vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.
Müsabiqə 3 mərhələdən (sənəd qəbulu və yoxlanılması, test imtahanı və müsahibə) ibarətdir.
Vəzifənin tutulma tələbləri:
- Əmək stajına tələb qoyulmadan müvafiq sahə üzrə orta və ali ixtisas təhsilli;
- Tam orta təhsilli və müvafiq proqram əsasında xüsusi hazırlıq sertifikatı olan, eyni zamanda müvafiq iş üzrə 3 ildən az olmayaraq əmək stajı
Müsabiqədə iştirak etmək istəyən şəxslər 17 yanvar 2024-cü il tarixdən 30 yanvar 2024-cü il tarixinədək tələb olunan sənədləri Şirvan-Salyan Regional Təhsil İdarəsinə (ünvan: Salyan şəhəri Ə.Hüseynov 2a), müvafiq yerli təhsil sektorlarına və yaxud info@salyan.edu.gov.az elektron poçt ünvanına təqdim etməklə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat mərhələsi üçün tələb olunan sənədlər:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Müvafiq təhsil haqqında sənədin (diplomun) və əlavənin surəti;
- Müvafiq proqram əsasında xüsusi hazırlığı təsdiq edən sənədin surəti;
- Əmək kitabçasının surəti (olduğu halda).