İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi və ya tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər iştirak edib.
Salyan şəhər 2 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 410 nəfər qatılıb. Eksternlər hərəsində 10 sual olmaqla 11 fənn (Ana dili, ədəbiyyat, kimya, fizika, riyaziyyat, informatika, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya və xarici di) üzrə imtahan veriblər.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi və ya tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.