Görüşdə iştirak edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli sertifikatlaşdırma ilə bağlı görülən dəstək tədbirlərinin əhəmiyyətini vurğulayıb, sertifikatlaşdırmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması tədbirlərində nəzərə alınacağını diqqətə çatdırıb və təhsilverənlərə uğurlar arzulayıb. Daha sonra Tədrisin Keyfiyyəti sektorunun müdiri Vüqar Dadaşov tərəfindən sertifikasiya prosesinin təşkili qaydaları və mərhələləri barədə iştirakçılara məlumat verilib. Yekunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.