22.07.2023

Milli Mətbuat Günü münasibətilə görüş keçirilib.

Görüşdə medianın təhsil sahəsinə xüsusi diqqətlə yanaşdığı, bu sahədə görülən işlərin ictimaiyyətə çatdırılmasında jurnalistlərin böyük əməyi olduğu vurğulanıb, onlara verdikləri dəstəyə görə təşəkkür ifadə edilib.

Sonda Şirvan- Salyan Regional Təhsil İdarəsinin müdir müavini media nümayəndələrini maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Qeyd edək ki, bu görüşün məqsədi təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və təhsil sahəsi üzrə görülən işlər, yeniliklərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.


Açar sözlər: ,