Müsabiqə 4 mərhələdən (qeydiyyat, sənədlərin yoxlanılması, test və müsahibə) ibarət olacaq.
Namizədlər 1-15 dekabr 2023-cü il tarixlərində (iş günləri ərzində) saat 09:00-dan 18:00-dək tələb olunan müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının surətini, kadrlar uçotunun şəxsi vərəqəsini, ali təhsil haqqında sənədin və əlavənin surətini) Şirvan-Salyan Regional Təhsil İdarəsinə (ünvan: Salyan şəhəri Ə.Hüseynov 2a), çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu yerli təhsil sektorlarına və yaxud info@salyan.edu.gov.az elektron poçt ünvanına təqdim etməklə qeydiyyatdan keçə bilərlər.
Həmçinin bildiririk ki, sənədlərin qəbulu namizədlər üçün aşağıda qeyd olunan tələblərə müvafiq olaraq aparılacaqdır.
Namizədlər üçün tələblər:
- pedaqoji ixtisas üzrə ali təhsil;
- 3 ildən az olmayaraq pedaqoji staj
- hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.
Tələblərə cavab verən namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar.
Test imtahanında namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi,IKT səriştələri, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim ediləcəkdir.
Sualların yarısını düzgün cavablandırmış namizədlər növbəti mərhələyə buraxılırlar. Test imtahanı nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Üstünlük veriləcək namizədlər:
- Müəllimlərin işə qəbulu üzrə müsabiqə, sertifikatlaşdırma və ya diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər;
- Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ehtiyat kadr siyahısına daxil edilmiş, test imtahanı mərhələsində uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər.
Müsahibə zamanı yoxlanılacaq meyarlar:
- Vəzifə üzrə praktiki biliklər;
- İdarəetmə bacarıqları;
- Şəxsi keyfiyyətlər.