29.11.2023

Biləsuvar rayonunda vətəndaş qəbulu keçirilib.

Qəbul zamanı idarə müdiri vətəndaşların müraciətlərini dinləyərək onları narahat edən məsələlərlə yaxından tanış olub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib. Araşdırılması vacib olan məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

Vətəndaş qəbulu zamanı, əsasən işə qəbulla bağlı müraciətlər üstünlük təşkil edib.

Eyni zamanda Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli idarənin əməkdaşları ilə birlikdə rayonda ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində tədrisin təşkili vəziyyəti və payız qış mövsümü ilə əlaqədar görülmüş işlərlə yaxından tanış olmuşlar.