Görüşdə iştirak edən Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) nümayəndəsi Ramiyyə Şahgəldiyeva təhsil müddətində və sonra azərbaycanlı tələbələrin, məzunların yaratdığı birliklərdən, eləcə də dövlətin gənclərə dəstəyi, keçirilən tədbir və görüşlərdən danışıb.
150-yə yaxın şagirdin iştirak etdiyi görüşdə həmçinin “2022–2026-cı illər üzrə Dövlət Proqramı” və Hökumətlərarası Təqaüd Proqramlarına qəbul barədə məlumat verilib, daha sonra uşaqlarla keçirilən intellektual oyunlar çərçivəsində onlara hədiyyələr təqdim olunub.
Görüşdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Allahverdiyev Emin Əmrullayev ölkəmizdə təhsilin inkişafı üzrə reallaşdırılan tədbirlərdən bəhs etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini vurğulayan E. Əmrullayev bu Strategiyanın təhsilimizə böyük töhfələr verəcəyini bildirmişdir.
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin xarici ölkələrin ən nüfuzlu universitetlərində təhsil aldıqlarını xatırlatmışdır.
Qeyd edək ki, layihənin məqsədi xaricdə təhsil alan gənclərin, o cümlədən dövlət proqramları və Hökumətlərarası Təqaüd Proqramları məzunlarının şagirdlərlə təcrübələrini bölüşməsini təmin etmək, müasir ixtisas sahələri, gələcəyin tələbləri, peşə seçimi barədə onları məlumatlandırmaqdır.