Şirvan-Salyan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin növbəti mərhələsi olan müsahibə mərhələsinə 21.11.2023-cü il tarixdən start verilib
Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.
Şirvan-Salyan Regional Təhsil İdarəsi direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzu edir.