21.11.2023

Rəqəmsal qiymətləndirmənin keçirilməsi.

Rəqəmsal qiymətləndirmə təhsilalanların nəticələrinə dair çevik hesabatlılıq aparılaraq fərdi yanaşma təmin edir.Şagirdlər onlara təqdim olunan tapşırıqları ayrılmış zaman müddətində yerinə yetirir.

Summativ qiymətləndirmələrin rəqəmsal keçirilməsinin məqsədi təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, valideynlərə şagirdin nailiyyətini izləmə imkanlarının yaradılması, ümumi təhsil müəssisələrində kağız israfının qarşısını almaqdır.

Qeyd edək ki, rəqəmsal məktəbdaxili qiymətləndirmə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28.12.2018-ci il tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”na uyğun aparılır.


Açar sözlər: ,