15.11.2023

Biləsuvar rayonunda elmi-praktik konfrans keçiriləcəkdir.

Konfransda Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan Ziyalıları Şurasının üzvü Əfqan Vəliyev , Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli və AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, Elnur Mustafayev məruzələrlə çıxış edəcəklər.

Konfransın panel iclaslarında Azərbaycan dili və ədəbiyyatı, tarix fənlərini tədris edən müəllimlərlə müzakirələr aparılacaqdır.


Açar sözlər: