Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub, ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 13 noyabr 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixədək eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədi almaq məqsədilə sənəd qəbulu həyata keçiriləcəkdir.
İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı tələb olunan sənədləri rayon üzrə Təhsil sektorlarına yaxınlaşaraq təqdim edə bilərlər.
1. Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdirinin adına ünvanlanmış ərizə (faktiki yaşadığı ünvan və əlaqə nömrəsi qeyd edilməlidir);
2.Şəxsiyyət vəsiqəsinin notarius tərəfindən təsdiq olunmuş surəti;
3.3x4 ölçüdə 2 ədəd fotoşəkil;
4.Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) notarius tərəfindən təsdiq olunmuş surəti;
5.Əvvəl oxuduğu təhsil müəssisəsindən təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayış;
6.Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənin yaşı 18-dən aşağı olmamalıdır.
Müraciət edən şəxslər mərkəzləşmiş qaydada keçirilən ümumi orta və ya tam
orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından əvvəl Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan aralıq
imtahanlarında iştirak edirlər. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər.
Əlavə sualı olan vətəndaşlar Şirvan-Salyan Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin (+994) 10 5250925 əlaqə nömrəsi vasitəsi ilə məlumat ala bilərlər.