27.10.2023

Elm və təhsil naziri Şirvanda vətəndaşları qəbul edib.

Oktyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev Şirvan şəhərində vətəndaşları qəbul edib. Qəbulda Şirvan, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar sakinləri iştirak ediblər.  

 

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.   

 

Qəbulda vətəndaşlar müəllimlərin işə qəbulu və yerdəyişməsi, iş yerinin daimiləşməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.   

 

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.


Açar sözlər: