Oktyabrın 2-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. 2023-2024-cü tədris ilində Şirvan -Salyan Regional Təhsil İdarəsinin tabeliyindək fəaliyyət göstərən ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarına Şirvan şəhəri üzrə 876, Salyan rayonu 1411, Hacıqabul rayonu 811, Neftçala rayonu 498 , Biləsuvar rayonu 978 ümumilikdə 4574 uşaq qeydiyyadan keçib. Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilir. Məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatır. Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir