Heydər Əliyev Fondu təhsil sahəsindəki layihələri əsasında Hacıqabul rayonu V.Məmmədov adına Muğan qəsəbə tam orta məktəbi üçün yeni məktəb binası inşa edib.
1979-cu ildə inşa olunmuş məktəb binası köhnə və qəzalı vəziyyətdə olduğu üçün Fond Muğan qəsəbəsində yeni məktəb binasının inşasını həyata keçirib.
Ümumilikdə 624 şagird yerlik 3 mərtəbəli yeni təhsil ocağı 1 korpusdan ibarətdir. Bu təhsil müəssisəsi də Fond tərəfindən zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib, məktəbin həyətyanı ərazisi abadlaşdırılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.