Sentyabrın 6-da eTwinning layihəsinin səfiri Mətanət Əhədova mentorlar tərəfindən təşviqat və məlumat xarakterli “eTwinning nədir? və eTwinning-ə necə qoşula bilərəm? adlı görüş Neftçala rayonunda müəllim heyəti ilə keçirilmişdir . Görüşün keçirilməsinin əsas məqsədi "eTwinning" layihəsi haqqında müəllimləri maarifləndirməkdən, layihə əsaslı öyrənmənin şagirdlərin inkişafında müsbət rolundan, həmçinin Avropa ölkələrindən olan məktəblərlə Azərbaycan məktəblərinin əməkdaşlıq edərək ortaq təhsil layihələri icra etməklə bilik və mədəniyyət mübadiləsinin qarşılıqlı faydaları haqqında danışılmışdır .
Mentorlar müəllimlərə e-Twinning platforması haqqında geniş məlumat vermişlər.Qeyd edilmişdir ki, onlayn platformaya qoşulmaqla müəllimlər pedaqoji bacarıqların artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak edəcək, həmçinin Avropa məktəbləri ilə ünsiyyət quracaq, mədəniyyətlərini tanıdacaq, ingilis dili bacarıqlarını, web-2.0 alətlərində işləmə bacarıqlarını inkişaf etdirəcəklər. Təlimin sonunda mentorlar müəllimləri maraqlandıran sualları cavablandırmışlar.