01.09.2023

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Şirvan şəhərində və Hacıqabul rayonunda təhsilverənlərlə görüşüb.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və Tədrisin Keyfiyyət Sektorunun müdiri Vüqar Dadaşov Şirvan şəhərində və Hacıqabul rayonunda 4-cü siniflərin monitorinq nəticəsinin təhlili ilə bağlı təhsilverənlərlə görüş keçirib.Görüşdə həmin rayonlarda fəaliyyət göstərən məktəblərin direktorları, direktor müavinləri və cari ildə 4-cü sinifdə dərs demiş ibtidai sinif müəllimləri iştirak ediblər. Görüş zamanı 4-cü sinifdə baş verən geriləmələrin səbəbləri ,növbəti tədris illərində bu geriləməni aradan qaldırmaq üçün görüləcək tədbirlər müzakirə olunub.İdarə müdiri tərəfindən müəllimlərə tədrisin keyfiyyətini qaldırmaq istiqamətində tövsiyələr verilib.


Açar sözlər: ,