31.08.2023

  Avqustun 31-də dövlət ümumi təhsil müəssisələrində çalışan bir qrup təhsilverənlər üçün sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsi keçirilib.

Avqustun 31-də dövlət ümumi təhsil müəssisələrində çalışan bir qrup təhsilverənlər üçün sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsi keçirilib.

Şirvan -Salyan Regional Təhsil İdarəsi üzrə keçirilən sertifikatlaşdırmada Şirvan şəhərində 3 imtahan mərkəzində (Şirvan şəhər T.Bağırov adına 11 nömrəli tam orta məktəb, Şirvan şəhər adına 21 nömrəli tam orta məktəb, Şirvan şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəb, Salyan rayonunda 1 imtahan mərkəzində (Salyan rayon 2 nömrəli tam orta məktəb) təşkil olunub).

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov,Daxili Nəzarət şöbəsinin müdir müavini Kamran İsmayılov və Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və struktur bölmə rəhbərləri imtahanın gedişatını izləyib.

Qeyd edək ki, bu gün keçirilən sertifikatlaşdırma imtahanında pedaqoji stajı 3 il olan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər, həmçinin sertifikasiyada könüllü şəkildə iştirak etmək istəyən yaşı 60 və daha çox olan təhsilverənlər iştirak edir. Ümumilikdə Şirvan- Salyan RTİ üzrə sertifikatlaşdırmanın test imtahanının səhər seansına 196 müəllim dəvət olunub.

Test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilib.

Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.

Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq!


Açar sözlər: