31.08.2023

01 sentyabr 2023-cü il tarixlərində direktor müavinləri və təşkilatçıların işə qəbulu prosesinə start verilir.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.

Ətraflı linkdə:

Şirvan-Salyan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.

Ümumi təhsil müəssisələrində vakant tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə namizədlərin seçimi prosesi Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

Müsabiqə 4 mərhələdən ibarət olacaq; qeydiyyat, sənədlərin yoxlanması, test və müsahibə mərhələsi.

Hər dörd mərhələdən uğurla keçən namizədlərə müvafiq vakansiya üzrə vəzifə təklif olunacaqdır. Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 01-08 sentyabr 2023-cü il tarixlərində Şirvan-Salyan Regional Təhsil İdarəsinə (Ünvan: Salyan şəhəri Ə.Hüseynov 2a) , yerli təhsil sektoruna müraciət edərək və ya info@salyan.edu.gov.az elektron poçt ünvanına tələb olunan sənədləri göndərərək qeydiyyatdan keçə bilərlər.

Tələb olunan sənədləri :

-şəxsiyyət vəsiqəsinin surəti;

-əmək kitabçasının surəti;

-ali təhsil haqqında sənədin və əlavənin surəti.

Namizədlər üçün tələblər:

- pedaqoji ixtisas üzrə ali təhsil;

- 3 ildən az olmayaraq pedaqoji staj

- hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.

Üstünlük veriləcək namizədlər:

- Müəllimlərin işə qəbulu üzrə müsabiqə, sertifikatlaşdırma və ya diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər;

- Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ehtiyat kadr siyahısına daxil edilmiş, test imtahanı mərhələsində uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər.

Tələblərə cavab verən namizədlər test mərhələsinə dəvət olunacaqlar. Test imtahanında namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilir. Sualların yarısını düzgün cavablandırmış namizədlər növbəti mərhələyə buraxılırlar. Test mərhələsindən müvafiq balı toplamış namizədlər müsahibəyə dəvət olunacaqlar.

Müsahibə zamanı yoxlanılacaq meyarlar:

- Vəzifə üzrə praktiki biliklər;

- İdarəetmə bacarıqları;

- Şəxsi keyfiyyətlər.

Aşağıdakı keçid vasitəsilə direktor müavinləri vakant olan məktəblərlə tanış ola bilərsiz

https://docs.google.com/.../1NOwVwVb5DOy1xVzzuTBM.../edit...


Açar sözlər: ,