30.08.2023

Neftçala rayonu Qırmızıkənd kənd tam orta məktəbinin ikinci korpusunun açılış mərasimi keçirilib.

Avqustun 30-da Neftçala rayonu Qırmızıkənd kənd tam orta məktəbində Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunan “Neftçala rayonu Qırmızıkənd kənd tam orta məktəbinin ikinci korpusunun açılış mərasimi keçirilib".

Mərasimdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov iştirak edib.

Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verib. Məktəb üçün yeni binanın inşa edilməsi nəticəsində təhsilin səviyyəsinin yaxşılaşacağına, burada təhsil almış uşaqların gələcəkdə Azərbaycanın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri avadanlıqla təchizatı gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almalarına şərait yaradır. Məktəb infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.


Açar sözlər: ,