22.08.2023

Biləsuvar şəhər K.Ağayev adına Texniki fənlər təmayüllü internat tipli məktəb-liseydə müəllimlərin müsahibəsi keçirilib.

Avqustun 22-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin Ümumi təhsilin təşkili və idarə olunmasının sektor müdiri Fuad Qarayev , Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və sektorun əməkdaşları ilə Biləsuvar şəhər K.Ağayev adına Texniki fənlər təmayüllü internat tipli məktəb-liseydə hazırda çalışan müəllimlər üçün müsahibə təşkil olunub.

Ümumi təhsilin təşkili və idarə olunması sektoru və Şirvan -Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə sözügedən liseyələrə mərkəzləşdirilmiş qaydada həyata keçirilən imtahanla qəbul edilən şagirdlərə dərs deyəcək müəllimlərin müəyyən edilməsi məqsədi ilə müsahibələr davam edir.

Bütün müəllimlərimizə peşəkar fəaliyyətində uğurlar arzulayırıq!


Açar sözlər: ,