11.08.2023

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə  direktorların işə qəbulu müsabiqəsinin növbəti mərhələsi olan müsahibə mərhələsinə start verilib. 

Bu mərhələdə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində uğur qazanmış namizədlər və birbaşa müsahibə mərhələsinə qoşulmaq hüququ olan namizədlər (şagird sayı 0-150-dək olan ümumi təhsil müəssisələrini seçən namizədlər) iştirak edir. Müsahibə mərhələsinə 54 namizəd dəvət olunub. Hal- hazırda müsahibələr davam edir.
Müsahibə nəticələri barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndəriləcək.
Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifə üzrə təyinat alacaq.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır. Namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilir.
 
#ŞirvanSalyanRTİ

Açar sözlər: