03.08.2023

Biləsuvar rayonunda vətəndaş qəbulu keçirilib

Avqust ayının 3-də  Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Allahverdiyev, Biləsuvar rayonu üzrə Təhsil sektorunun müdiri Anar Xammədov Biləsuvar rayonunun sakinlərini  qəbul ediblər.
Qəbul zamanı  vətəndaşların müraciətləri dinlənilib onları narahat edən məsələlərlə yaxından tanış olunub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verilib. Araşdırılması vacib olan məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.
Vətəndaş qəbulu zamanı, əsasən işə qəbulla bağlı müraciətlər üstünlük təşkil edib. 
Qəbul zamanı şəhid ailələri, qazilərin müraciətləri növbədənkənar dinlənilib. Digər vətəndaşlar isə növbəlilik əsasında qəbul edilib.
Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsində və rayon təhsil sektorlarında vətəndaşlarla görüşlər qəbul qrafikinə uyğun olaraq davamlı şəkildə keçirilir.

 

#ŞirvanSalyanRTİ #EduAz #VətədaşQəbulu


Açar sözlər: