01.08.2023

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri elan olunub

Nəticələrə əsasən Şirvan -Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri üzrə 17 layihə qalib olub.

 

Layihələrdən 6-sı məktəb, 11-si isə fərdi kateqoriya üzrədir. Qalib layihələrdə dördü Salyan rayonu üzrə, üçü Hacıqabul rayonu üzrə, üçü Biləsuvar rayonu üzrə, ikisi Neftçala rayonu üzrə, beşi isə Şirvan şəhəri üzrədir.

 

Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib.

 

Qeyd edək ki, qrant qazanmış resipiyentlər layihələr üzrə müqavilələrin bağlanılması üçün yaxın günlərdə regional təhsil idarəsinə dəvət ediləcəklər.


Açar sözlər: ,