11.07.2023

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlandı.

İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində, eləcə də Şirvan şəhərində 2, Salyan rayonunda 1 imtahan mərkəzində təşkil olunub.

Şirvan -Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və struktur bölmə rəhbərləri Şirvan şəhər T.Bağırov adına 11 nömrəli tam orta məktəbdə,M.Osmanov adına 20 nömrəli tam orta məktəbdə və Salyan rayon 2 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanın gedişatını izləyib.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir. Həmçinin müsabiqə yeni məzun olmuş pedaqoji profilli ixtisaslı gənclərin potensiallarını göstərmələrinə böyük imkan yaradır.

Test imtahanı mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,