06.07.2023

Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbul müsabiqənin test imtahanı keçirilir

İyulun 6-da Şirvan -Salyan Regional Təhsil İdarəsinin tabeliyində şagird sayı 500-dən çox və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrində direktorların işə qəbul müsabiqənin test imtahanı mərhələsi keçirilir.

Şirvan şəhər T.Bağırov adına 11 nömrəli tam orta məktəbdə imtahanda iştirakı nəzərdə tutulan 134 nəfərdən 105 nəfər namizəd iştirak edir.

Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə ilə bağlı qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək.

Şirvan -Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və struktur bölmə rəhbərləri imtahanın gedişatını izləyib və uğurlar arzu ediblər.

Test imtahanında iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,