Belə ki, ən yüksək bal yığan müəllimlərdən biri Salyanın Yenikənd orta məktəbinin müəllimi Dünyamalıyevə Flora, digəri isə Salyan 2 saylı məktəbin müəllimi Məmmədova Şahinə olub.
Elm və Təhsil Nazirliyi tərəfindən iyunun 20-dən başlayaraq ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.
Sertfikasiya 23 imtahan mərkəzində keçirilir. 20-23 iyun tarixlərində 20 000-ə yaxın təhsilverən ibtidai sinif, 24 iyun tarixində 8 500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunacaq.
Ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.