Elm və təhsil nazirinin müavini Həsən Həsənli bölgələrdə təşkil edilən sertifikatlaşdırma imtahanlarının gedişatı ilə tanış olarkən iyunun 21-də eyni zamanda Şirvan şəhərində və Salyan rayonunda məktəbəqədər təhsil müəssisələrinə və Şirvan -Salyan Regional Təhsil İdarəsinin inzibati binasına səfər edib.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli məktəbəqədər təhsil müəssisəsinin kollektivi ilə görüşüb, uşaqların saxlanma şəraiti,davamiyyəti, tibbi müayinə olunmaları, qida rasionu və maddi texniki baza ilə maraqlanıb.
Nazir müavini kollektivə gələcəyimiz olan uşaqların sağlamlıqlarının diqqət mərkəzində saxlanması üçün gündəlik gigeyina qaydalarına düzgün riayət etməyi, balacaların hər birinə fərdi qayda da yanaşmağı tövsiyə edib.
Məktəbəqədər təhsil müəssisələri ilə tanış olan Elm və təhsil nazirinin müavini Həsən Həsənli müəssisələrin işinə uğurlar arzulayıb