03.07.2023

Elm və Təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə Bəşirov Aqil Aydın oğlu Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir vəzifəsinə təyin olunub.

1985-ci il təvəllüdlü Bəşirov Aqil Aydın oğlu Sumqayıt Dövlət Universitetinin bakalavr səviyyəsini “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bitirmişdir. 2006-cı ildən 2017-ci ilə qədər Biləsuvar rayonu Yuxarı Ağalı kənd A.Abdulov adına ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, 2017- 2022-ci illərdə Biləsuvar rayonu Yuxarı Ağalı kənd A.Abdulov adına ümumi orta məktəbində direktor vəzifəsində işləyib. 2022-2023-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyndə olan ümumi təhsil müəssisələrinin rəhbərlərinə “Məktəblərdə sənədləşmə işinin təşkili” mövzusunda təlimlər keçib. 2022-ci ilin sentyabr ayından Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun baş məsləhətçi vəzifəsində çalışıb.

Yeni təyinat münasibətilə Aqil müəllimi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.


Açar sözlər: