01.05.2023

Respublika fənn müsabiqəsi və Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib

Qeyd edək ki, VI  və VII  sinif şagirdlərinin iştirak etdiyi fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil olunub. Bu müsabiqələrin keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağının artırılmasından ibarətdir.

Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında keçirilib. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyazi məntiqlə yanaşı  məntiqi təfəkkür, yaradıcılıq, diqqət, hafizə, analiz, müqayisə, planlama və təhlil kimi bacarıqlarının inkişafına müsbət təsir göstərməkdir. 


Açar sözlər: ,  ,